image-006-1backend

Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib

image-reklam_sirab_01

Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə    aprelin 10-da paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməclik və  geniş dezinfeksiya tədbirləri keçirilib.

İməclik zamanı  paytaxtın kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səkilərin  kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin yuyulması  həyata keçirilib.

İcra qurumlarının tövsiyələrinə uyğun olaraq küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.

Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla paytaxtdakı idarə, təşkilatların inzibati binalarının fasadının təmizlənməsi, Bakı Funukulyoru və müxtəlif turizm obyektlərinin də yuyulub təmizlənməsi işlərinə başlanılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcəkdir.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində   cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasini aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

İməclik və dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması lazim olan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki