Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.
Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.



