Ağstafa RİH başçısı növbəti dəfə Vətən müharibəsi qazilərinə baş çəkib.
Veteninfo.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti dəfə Vətən müharibəsi qazilərinə evlərində baş çəkib, ailə üzvlərini narahat edən məsələlərlə maraqlanıb. Görüşlərdə şəhid ailələri və qazilərə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.
Qeyd edək ki, Seymur Orucov 1-ci Qarabağ savaşında Ağdam rayon Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olan "Azərbaycan Bayrağı"ordenli Əhməd Möhbalıyevin bacısı oğludu.



