Vətəninfo.az xəbər verir ki, Şəkidə pandemiya ilə bağlı xeyriyyəçilik tədbirləri davam etdirilir. 115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyevin təşəbbüsü ilə Qurban bayramı günlərində keçirilənnövbəti xeyriyyəçilik tədbiri 360 ailənı əhatə edib. Şəki şəhərində və kəndlərdə yaşayan 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırılıb. Xatırladaq ki, bundan əvvəl "Biz birlikdə güclüyük” devizi altında belə bir tədbir pandemiyanın ilk həftələrində - mart ayında keçirilmişdi və o zaman 780 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdi.



