İkinci Qarbağ müharibəsi şəhidi Əliyev Romir Rəşadət oğlunun atası millət vəkili komitə sədri Qənirə Paşayevaya təşəkkür etdi.
Şəhid anasının duası onun başı üzərində qalxana çevirilib Qənirə xanımı bütün təhlükələrdən qoruyacaq.
Birdən telefonuma zəng gəldi və açdım bir xanım səsi idi. Dedi ki, sizinlə danışan millət vəkili Qənirə Paşayevadır və mən sizinlə görüşmək istəyirəm. Məlum səbəblərdən Karona pandemiyası, işlərin çoxluğu və s mən Lənkərana gələ bilməyəcəm ona görə istərdim ki, siz Bakıya gələsiniz.Elə həmin an fikirləşdim ki ,görəsən hansı avtobusla saat neçədə gedə bilərəm? Elə bil ürəyimin səsini eşidərək dedi ki, sizin Bakıya gəlməyiniz üçün mən öz şoferimi göndərəcəyəm.Barəmizdə haradan məlumat aldığını bilmirəm, amma bilirdi ki mənim həyat yoldaşım Əliyeva Miroslova 25 ildir Azərbaycanda yaşayır, vətənə şəhid də bəxş edib, lakin hələ də vətəndaşlıq ala bilmir.Bizi qəbul edib problemimizi dinlədi və dərhal Miqrasiya xidməti, Moldovanın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Moldovadakı Səfirliyi ilə əlaqə yaradıb bu problemin həlli üçün müraciət etdi.Atıq müsbətə doğru addımlar atılmaqdadır. Ola bilər ki, həyat yoldaşım sənədləşmə üçün Moldovya getməli oldu . Ailədə heç kimin işləmədiyini(mən xəstəyəm, miqrant olduğu üçün isə arvadım da heç harada işləyə bilmir) nəzərə alaraq bu zaman lazım olan bütün xərcləri də Qənirə xanım öz üzərinə götürdü.Daha sonra mənə və həyat yoldaşıma igid bir övlad
böyütdüyümüz üçün təşəkkür edərək bizə hədiyyələr təqdim etdi. Sonra öz şoferi ilə bizi geri göndərdi. Mən şəxsən öz adımdan və ailəmiz adından Qənirə xanıma təşəkkür edirəm. Romir kimi qeyrətli oğullar və Qənirə xanım kimi qeyrətli qızlar yetirən bu torpaq heç zaman düşmən tapdağında qala bilməzdi.Oğlum çox istəyirdi ki, anası Azərbaycan vətəndaşlığı alsın, lakin çox təəssüf ki bu arzu ilə şəhid oldu.İndi dəyərli Qənirə xanım bu işdə bizə köməklik etməklə həm Romirə, həm onun kimi vətənpərvər övladı dünyaya gətirən anaya, həm də uğrunda can qoyduğumuz Vətənə olan sevgi və hörmətini ifadə etməkdədir.Qənirə xanım dövlətimiz üçün böyük işlər görüb. Onun fədakarlığı haqqında çox danışmaq olar.Amma mən bircə kəlmə demək istərdim ki, Allah onu sevərək yaradıb. Çünkü qeyrət, mərhəmət və vicdan kimi ən ali hissləri ondan əsirgəməyib. Elə onun Vətənpərvərliyi də məhz bundan irəli gəlir.Mən fəxr edirəm ki ,Parlamentimizdə Qənirə Paşayeva kimi millətimizin haqq səsini ucaldan xanım var.Necə ki o şəhid anasının qayğısına qalır, şəhid anasının da duası onun başı üzərində qalxana çevirilib Qənirə xanımı bütün təhlükələrdən qoruyacaq.
loading...



