Yəqin ki,Vüsal Nuriyevi tanımayan yoxdu və bu zat "Qırmızı Körpü” keçid məntəqəsinin rəisi təyin olunduqdan sonra, təkcə iş adamalarına deyil,eyni zamanda sadə vətəndaşlara qarşı da amansızlığı ilə ad çıxarıb.Bunun da səbəbi arxaladığı və ona belə misli-bərabəri olmayan səlahiyyətlər bəxş edən xalası oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev cənablarıdır. Bu günə kimi Vüsal Nuriyev haqqında müxtəlif səpkili xəbərlər sosial şəbəkələrdə və internet media orqanlarında geninə-boluna yayılıb.Xüsusən də onun nərmingüllər şərabına aludə olduğunu bilməyən yoxdu.Maraqlıdır ki,hətta bir müddət əvvəl onun xidməti "Hunday” 90-AG 303 dövlət nömrə nişanlı avtomobili ilə qəza törətdiyi,hadisə zamanı bir vətəndaşın öldüyü haqqında da məlumatlat mediada yayılmışdı.
Görünür cənab DGK sədri Səfər Mehdiyev xalası oğlunu yığıb-yığışdırmaq əvəzinə,əksinə onu daha da tumarlayaraq,etdiyi əməllərin bir növ sığallamaqla məşğuldur.
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Vüsal Nuriyev Qərb Baş Gömrük idarəsinin 1-ci müavini İsa Quliyevlə əlbir olub, ölkədədəri məmulatları ilə məşğul olan şirkət rəhbərləri ilə sövdələşməyə gedərək,bu dəri məmulatlarını tullantı adı altında ölkədən ixrac edir.Amma "Burda mənəm,Bağdatda kor xəlifə” prinsipii lə işləyən vüsal Nuriyevin bu əməli üzə çıxır.
Nəticədə bunların tullantı adı altında xaricə ixrac etdikləri dəri məhsulları labarotoriyalara göndərlərək həqiqətən də bu məhsulların tullantı deyil,həqiqi saf dərilər olduğu, əmtə dəyəri yüksək olan dəri məmulatları olduğu təsdiqlənib.Məlumata görə,bu hadisənin üstünün açılmasına baxmayaraq, DGK-nin Baş Tədqiqat İdarəsinin rəisi Mənsum Rəsulovun təzyiqi nəticəsində ört-basdır edilir.
Davamlı olaraq,Səfər Merhdiyevin qoruması altına girən Vüsal Nuriyev bu tip qanun pozuntuları törətməsinə baxmayaraq, cəzalanmaqdan yayına bilir.
Görünən budur ki,cənab Səfər Mehdiyevin xalası oğlunun əməlləri hələ çox davam edəcək.Bunun da səbəbi DGK-nin sədrinin birbaşa göstərişi ilə,onun müxtəlif növ dəri məmulatlarını,tullantı adı altında ölkədən çıxarması ilə bağlı faktı ört-bassır etməsidir.
Redaksiyadan: Qeyd edək ki, yuxarıda səsləndirilən məlumat əsaslı fikirlər redaksiyamıza daxil olan məlumatda iddia edilməkdədir.
Qarşı tərəfin mövqeini dərc etməyə də hazırıq.



