Nyu Yorkun dairə prokuroru Sirus Uens şəhərin vergi idarəsindən sabiq prezident Donald Trampın vergi ödəmələrinə dair sənədlər istəyib.
"Reuters” xəbər verir ki, D.Tramp və ona məxsus "Trump Organization” şirkətinə aid sənədlər prokurorluqda araşdırılan cinayət işilə bağlı tələb edilib.
Belə ki, adıçəkilən şirkətin daha sərfəli şərtlərlə kredit alması üçün aktivlərinin dəyərini artıq göstərmək, eyni zamanda vergilərdən yayınmağa görə həmin rəqəmləri az göstərmək üçün saxtakarlığa yol verib-verməməsi araşdırılır.
"Report” xatırladır ki, eyni məsələyə dair Nyu York ştatının baş prokuroru Letisi Ceyms də ayrıca təhqiqat aparır.



