ABŞ-da keçirilmiş demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir.
Vətəninfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "Twitter” hesabında yazıb.
"Vaşinqtonda baş verənlər şok edən səhnələrdir, demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir”, - deyə baş katib bildirib.
Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə bir neçə nəfər gözündən xəsarət alıb, 4 nəfər həlak olub.



