"Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub".
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanda mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır:
"Azərbaycan Respublikasında törədilən hərbi və müharibə cinayətlərinə görə, Ermənistan dövlət olaraq, həmçinin digər şəxslər fərd olaraq məsuliyyət daşıyır. Günahkar şəxslərin cəzalandırılması üçün bütün hüquqi addımlar atılacaq və beynəlxalq mexanizmlərdən istifadə oluncaq".



