Vətəninfo.az xəbər verir ki, bu gün millət vəkili,AŞPA nümayəndə heyətinin üzvü Könül Nurullayeva 44 günlük Vətən müharibəmizin qəhramanlıq səlnaməsini yazan zabitlərimizdən biri,XTQ-in zabiti Əli Kərimovla görüşüb.
Qeyd edək ki, Əli Kəromov Daşaltını düşməndən azad edən zaman, düşmən snaperindən açılan atəşlə yaralanıb.Mərmi sol ayağından girərək.sağ ayağından çıcıb.Yaralanmasına baxmayaraq,döyüşü davam etdirib və düşməni məhv ediblər.Əli özü yaralı olduğu halda yaralı əsgər yoldaşın çiynində 17 km geriyə çatdıraraq onunyaşamasına nail ola bilir.
Görüşdə Könül Nurullayeva bildirib ki, Əli haqında sosial şəbəkələrdə yayılan məlumatlardan müəyyən qədər tanış olub və qəhraman Azərbaycan zabitinin düşmənə qarşı şücaəti onda da hər bir Azərbaycan övladı kimi qürur hissi yaşadıb.
"Mənim üçün qürur verici bir andır ki,27 il işğalda olan torpaqlarımızın azad edilməsində öz canlarını ortaya qoyaraq döyüşən və xalqımıza qələbə sevinci yaşadan Azərbaycan ordusunun bir mənsubu ilə görüşürəm.Allah Vətənimizi uğrunda şəhid olan bütün şəhidlərimizə rəhmət etsin,qazilərimizə Allahdan şəfa diləyirəm. Ali Baş Komandanımız,İlham Əliyev cənablarının da qeyd etdiyi kimi bu müharibənin əldə olunmasının əsas memarı Azərbaycan ordusudur.Sizlərin bu şücaəti Azərbaycan tarixinin yeni səhifələrini yazacaq".



