"Biz Ali Baş Komandanın dəmir iradəsi və ordumuzun gücü ilə ilə etdiyimizi etdik. Erməniləri iti qovan kimi qovduq. Fransa hökuməti bu tövsiyəni qəbul etsə belə də, status-kvo yoxdur, təmas xətti yoxdur, "Arsax" da yoxdur. Buna o dərəcədə məhəl qoymamaq, ciddiyə almamalıyıq. Hansı sənədi necə istəyirlərsə, elə də qəbul etsinlər. Bu həm də sanki ermənilərə təsəlli sənədinə bənzəyir".Vətəninfo.az xəbər verir ki.bunu siyasi ekspert Gülsel Səfərova bildirib. Onun sözlərinə görə,onları öz təsəllisində olsunlar. Biz isə informasiya müharibəsində dominantlığı daha mükəmməl əldə etməliyik: "Xalq olaraq yenidən doğulduq və öz haqlı reallığımızı yaratdıq. Bütün dünya buna şahidlik etdi. Və ən əsası qalib tərəfik. Qalib isə mühakimə olunmur.Natali Quleyə gəlincə, bu xanım təxminən 10 ildir Azərbaycanın haqlı maraqlarını müdafiə edir. Azərbaycana dəfələrlə səfər edib və mütəmadi Azərbaycanla bağlı pozitiv paylaşımlar edib. O, həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. Bundan sonra xanım Qule kimi vicdanlı siyasətçilər ilə geniş iş aparmalı, onların sayını 1 deyil, yüzlərə çatdırmalıyıq. Unutmayaq ki, real informasiya müharibəsi bundan sonra başlayır".



