Ermənistan Baş Qərargah rəisi Artak Davtyan istefa ərizəsi yayıb.
Bu məlumatı "Sputnik Ermənistan” öz mənbələrinə istinadən yayıb. Onun istefasına səbəb 7 iyunda oğlu üçün təşkil etdiyi toy mərasiminin KİV-də yer alması olub.
Qeyd edək ki, bundan öncə Davtyanın öz villasında oğlu üçün toy mərasimi təşkil etdiyi və mərasimin sonradan Ermənistan Baş nazirinin əmriylə dayandırıldığına dair məlumat yayılmışdı.
Davtyan 2018-ci ilin mayından Baş Qərargah rəisi vəzifəsini icra edir.



