Yanvarın 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Veteninfo.az yerli KİV-ə istinadən bildirir ki, iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərinin Azərbaycan, Liviya və Suriyada fəaliyyəti müzakirə ediləcək.
Türkiyə və Yunanıstan arasında danışıqlar da iclasın əsas mövzularından biri olacaq.



