Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Onun sözlərinə görə, döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. "Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni danışıqlar masası arxasında da möhkəmlətməkdədir və biz digər məsələləri də danışıqlar yolu ilə həllinə nail olcağıq. Artıq bir sıra məsələlər, uğurlarımız birgə bəyanatda öz əksini tapıb və gələcəkdə də danışıqlar masasında birgə bəyanatdan irəli gələn məsələlər, təcavüzkar ölkənin vurduğu ziyana görə təzminatə, dayanıqlı sülühün təmini və sair bu kimi məsələlər öz əksini tapacaq. İmzalanan birgə bəyanat birmənalı şəkildə Azərbaycanın maraqlarına xidmət edir. Belə ki, sənəddə tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Qarabağa hər hansı statusun verilməməsi və oradakı bütün rayonlar da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisi kimi əksini tapıb. Bu bir daha gösətrir ki, Ermənistan bu müharibənin nəticəsi olaraq hər hansı bir uğur əldə etməyib. İmzalanmış birgə sülh bəyanatına əsasən isə ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılacaq. Artıq bu proses gedir, düşmən artıq işğal edilmiş torpaqlardan çıxır. Bu proses dekabrın 1-də baş çatacaq”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, bu qələbə Azərbaycan Prezidentinin yürütdüyü uzaqgörən və müdrik, məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində mümkün oldu: "Məhz cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində yeni reallıqlar yarandı və yaranmış yeni geosiyasi reallıq Azərbaycanın öz ərazi bütövlüyünün təmin olunmasını şərtləndirdi. Bunu artıq bütün dünya və işğalçı Ermənistanda belə etiraf edirlər.
Qələbənin ən mühüm şərtlərindən biri də ondan ibarətdir
ki, imzalanmış sülh bəyanatına əsasən 30 il blokada şəraitində yaşayan Naxçıvan da blokadadan azad olunacaq. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılması böyük strateji əhəmiyyətə malikdir”.
Millət vəkili onu da qeyd edib ki, təcavüzkar Ermənistan bu məğlubiyyətini acısı ilə hələ də barışmaq istəmir: "Çünki yüz ildən artıq müddətdə dünyada apardıqları fəaliyyət qısa zaman ərzində fateh sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Hazırda təcavüzkar Ermənistan uzun illərdən bəri yürütdüyü işğalçılıq siyasətinin acı faciəsini yaşamqdadır. Bu məğlubiyyət erməni cəmiyyətini fəlakətə sürükləməkdədir. Artıq Ermənistanda onsuz da yaxşı olmayan böhranlı vəziyyət daha da dərinləşərək dalana dirənib. Ermənistanın siyasi qüvvələri üzləşdikləri durumdan çıxış yolunu tapa bilmirlər. Odur ki, Ermənistan siyasi xaos və hakimiyyət, dövlətçilik böhranı yaşanmaqdadır. Müxalifət hakimiyyəti istefasını tələb etməklə yanaşı, əldə olunan razılaşmadan imtina etmək cəhləri də səslənir. Ancaq dilemma qarşısında qalıblar. Yaxşı başa düşürlər ki, əldə olunan anlaşmadan imtina etmək daha ciddi problemlərə gətirib çıxarar. Başqa ölkələrin əlində oyuncaq dövlət rolunu oynayan Ermənistanın tamamilə məhvinə gətirər. Belə ki, hazırda həm Ermənistandakı siyasi qüvvələr, həm də xaricdəki diaspor təşkilatları uğursuz "böyük Ermənistan” xülyasının qurbanına çevriliblər. Bu da onların üzlədşikləri durumdan çıxması üçün rasional düşünmələrinə ciddi maneçilik törədir. Artıq bəzi erməni ekspert və analitikləri, siyasətçiləri yaxşı başa düşür ki, işğalçılıq siyasətindən əl çəkilməyəcəyi təqdirdə onları gələcəkdə daha böyük fəlakətlər gözləyir. Çünki Azərbaycanın təcavüzkar Ermənistanla haqq-hesabı bitməyib. İşğalçı Ermənistan Azərbaycana vurduğu ziyana görə təzminat verməlidir. Bunu artıq cənab Prezident bəyan edib. Əgər işğalçı Ermənistan yenə də əvvəlki ampulasında olacaqsa və işğalçılıq siyasətindən əl çəkməyəcəksə, ermənilər bir toplum olaraq bölgəni tərk etmək zorunda qalacaqlar. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, normal qonşuluq münasibətlərinin qurulması barədə üzərinə öhdəliklər götürməyincə sərhədlər açılmayacaq. Bu isə onsuz da hərtərəfli böhran içində yaşayan və uçurumun astanasında olan Ermənistanı uçuruma yuvarlayacaq. Onsuz da son illərdə ermənilər sürətlə ölkəni tərk edirdilər. Hərbi fiaskodan sonra Ermənistanda nəinki sadə ermənilər, yüksək çinli məmurlar da varidatını götürərək bu coğrafi məkanı tərk etməkdədilər. Artıq ermənilərin əksəriyyəti gələcəkləri ilə bağlı çox bədbin düşüncələrdədir. O baxımdan da çıxış yolu kimi ancaq bu coğrafı məkanı tərk etməkdə görürlər. Bu da Ermənistanda mövcud demoqrafik böhranı daha da dərinləşdirməkdədir.
Ermənistanın yüksəkçinli rəsmiləri, hətta prezident Aram Sərkisyan siyasi qüvvələrə müraciətində bəyan edib ki, onsuz da ölkə hərtərəfli böhran içindədir. Qarabağdakı hərbi, siyasi, diplomatik məğlubiyyət nəticəsində çoxsaylı qaçqınlar var və bu da onsuz da ölkədəki böhranlı iqtisadi-sosial vəziyyəti daha da çətinləşdirəcək. Bu isə işğalçılıq siyasətinin Ermənistana necə baha başa gəldiyinin dolayı etirafı deməkdir. Bundan sonra Ermənistanın özünə gəlməsi və dirçəlməsi uzun zaman çəkəcək. Bu da ancaq və ancaq işğalçılıq siyasətindən əl çəkib, qonşuları ilə normal münasibətlər qurduğu təqdirdə mümkün ola bilər. Əks halda fəlakət qaçılmazdır.
Məğlub Ermənistandan fərqli olaraq Azərbaycan davamlı inkişaf etməkdədir. Ona görə də Azərbaycan işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq. Ən qısa zamanda Qarabağda yeni bir cənnət Azərbaycan qurulacaq. Qarabağda həyat yenidən əvvəlki kimi canlancaq. Bölgədə sülh və əmin-amanlıq, sabitlik hökm sürəcək. Erməni faşizminə və təcavüzkarlığıan son qoyulmaqla bölgə öz yeni inkişaf mərhələsini yaşayacaq. Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağda yaşamaq istəyən ermənilərə şərait yaradılacaq. Onlar da bunula uzun illər boyu öz xalqının xəstə təxəyüllü siyasətçilərinin əsarətindən xilas olmuş olacaqlar”.



