Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Azərbaycanın separatçıların nəzarəti altında olan Qarabağ bölgəsinə səfər edəcək.
Veteninfo.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o, İnformasiya-kommunikasiya sahəsində İşəgötürənlər İttifaqının sədri Armen Baldryan və təşkilatın icraçı direktoru Eduard Musaelyanla görüşdə bildirib.
A.Arşakyan Qarabağda informasiya texnologiyalarının inkişaf imkanlarını müzakirə edəcək.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın Xarici İşlər nazirinin Xankəndinə səfəri rəsmi Bakı tərəfindən sərt tənqid olunmaqla bərabər,Ermənistan rəhbərliyinə xəbrdarlıq belə edilmişdi.Görünür Paşinyan hökuməti rəsmi Bakının bu bəyanatın elə də ciddi qəbul etməyib.



