Almaniya koronavirus epidemiyası ilə bağlı mart ayından tətbiq etdiyi dövlətlərarası səyahət məhdudiyyətlərini avqustun 31-nə qədər uzadıb.
Almaniyanın Xarici işlər naziri Hayko Mas yazılı açıqlamasında bildirib ki, Nazirlər Kabineti səyahət məhdudiyyətlərini Avropa Birliyi (AB), İngiltərə və Şengen ölkələri istisna olmaqla, digər ölkələr üçün 31 avqusta qədər uzatmağı qərara alıb. Nazir qeyd edib ki, turistik səfərlərin yenidən mümkün olacağı vaxt epidemiyanın gedişatından asılıdır.
Alman Xəbər Agentliyinin (DPA) verdiyi məlumata görə, digər ölkələrə səyahət məhdudiyyətləri uzadılsa da, virusun yayılmasının azaldığı ölkələr istisna oluna bilər.Redaktor.az



