"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" ilə "Avtomobil Yolları Mühafizə Xidməti" MMC vahid maraqlara və idarəçiliyə malik olduqca Dövlət büdcəsindən eyni yollara ildə bir neçə dəfə milyonlarla manat xərclənməkdə davam edəcək".
Vətəninfo.az xəbər verir ki, bu fikirləri jurnaliat Rüstəm Əbülfətoğlu facebook sosial şəbəkəsindəki hesabında paylaşaraq "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sədri Saleh Məmmədovun "Avtomobil Yolları Mühafizə Xidməti" MMC-ni öz nəzarəti altında saxlamaqla,dövlətin milyonlar xərcləyib inşaa etdiyi yollarda baş verən əybecərlikləri gizlətməsini üstüörtülü şəkildə tənqid edib.
Redaksiya olaraq jurnalist həmkarımızın yayımladığı statusu olduğu kimi təqdim edirik:
"Maraqlıdır, necə ola bilər ki, yolları və onun qoruyucu infrastrukturunu məsələn ağır tonnajlı yük avtomobilləri və tırtıllı texnikadan qorumalı olan MMC yolların salınmasını həyata keçirən Dövlət Agentliyinin tabeçiliyinə verilib və hər iki qurum vahid büdcədən maliyyələşir?
Belə olan halda "Avtomobil Yolları Mühafizə Xidməti" MMC hansı məntiqlə yolları mühafizə etməlidir? Əksinə yoların daha tez sıradan çıxmasında maraqlı olmalıdır ki, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" işsiz qalmasın..."
Vətəninfo.az



