"AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli texniki və təbiət elmləri sahəsini yox, humanitar və ictimai elmlər istiqamətini təmsil edir”.Vətəninfo.az xəbər verir ki,bu fikirlər AMEA Humanitar və İctimai Elmlər Bölməsinin mətbuat xidmətinin məlumantında qeyd edilir.Məlumatda o da vurğulanır ki,tanışlıq məqsədi ilə 2020-ci ilin sentyabr-oktyabr aylarında AMEA-nın Molekulyar Biologiya, Fizika və Seysmologiya İnstitutlarında keçirilmiş tədbirlərdə AMEA-nın prezidentinin rəhbərliyi ilə bütün vitse-prezidentlər: İsa Həbibbəyli, İbrahim Quliyev, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova və akademik-katib Əminağa Sadıqov iştirak etmişlər. Bu barədə AMEA-nın "Elm” qəzetində və saytında ətraflı məlumat verilmişdir.



