Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən, əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə Veteninfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.



