Vətəninfo.az04.02.2021-ci il tarixdə "Küçələrdən qanunsuz pul yığan "AsaParkin”MMC kimindi?” başlıqlı xəbər yaydıqda.bu istiqamətdə araşdırmalar aparacağımızı qeyd etmişdik. Onu da vurğulamışdık ki,Bakı Nəqiliyyat Agentliyinin paytaxt küçələrində avtomobillərin parklanması işini əvvəllər agentliyin əməkdaşları vasitəsi ilə həyata keçirirdilərsə, indi isə bu işi qanunsuz yaradaraq milyonlarla vəsaiti mənimsəmək üçün "AsaParkin”şikəti vasitəsi ilə həyata keçirirlər.Araşdırmamız zamanı məlum oldu ki, bu qeyri-qanuni şirkət paytaxtın küçə və prospektlərində həyata keçirdiyi qanunsuz parklanmadan əldə etdiyi vəsait 15-18 min manat tşəkil edir.hər ay 54-55 min manat, illik 648 min manat vəsaiti qanunsuz olaraq oğurlamaqla məşğuldurlar.
Məlumatlı mənbələrin məlumatına görə. BNA-nin rəhbəri Vüsal Kərimlinin təşəbbüsü ilə yaradılan bu "AsaParkin” MMC ofisi "Xalq Bankın”yerləşdiyi mərkəzi ofisin binasında yerləşir.
Bir məsələdə maraqlıdır ki, BNA-nin qeyri-qanuni bu şirkətinin əməkdaşları hər gün səhər saat 7:00-dan axşam saat 23:00-dək fəaliyyət göstərirlər və hər bir parkovşik gündəlik 65 manat "AsaParkin”MMC-yə pul ödəyrilər.
Qeys edək ki, "AsaParkin” nin bu qanunsuz fəaliyyəti ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mövqeini öyrəndikdə isə,şəhər İH-dən bildirildi ki,paytaxtın küçə və prospektlərində avtomobillərin paraklanması işi BŞİH-dən alınaraq BNA-nə verilib və onlar bu işlə məşğuldurlar.
Göründüyü kimi BNA-nin rəhbəri Vüsal Kərimli yaratdığı qanunsuz şirkət vasitəsi ilə dövlətdən nə az,nə çox düz hər ay 54-55 min manat,illik isə 648 min manat vəsaiti büdcədən yayındırmaqla özü üçün gözəl imkanlar yaradıb.
Redaksiyadan: Yazıda səsləndirilənlərlə bağlı BNA-nin də vövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az



