Əhalinin koronavirusa qarşı vaksinasiyası hər altı aydan bir yenidən tələb oluna bilər.
Bunu Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ölkə parlamentinin İcmalar Palatası qarşısında çıxışı zamanı deyib.
M.Henkok bildirib: "Düşünürəm ki, bu peyvəndlərin qoruyucu təsirinin nəçə müddətlik olduğunu bilmədiyimiz üçün insanları yenidən vaksinasiya etməli ola bilərik. İnsanları nə qədər zamandan bir vaksinasiya etməli olduğumuzu bilmirik, lakin bu, altı aydan bir və ya hər il edilə bilər".
Səhiyyə naziri hazırda İngiltərədə tətbiq edilən karantin bitdikdən sonra hökumət bu qədər sərt məhdudiyyətlərə əl atmayacağına ümid edir: "Bu bizim son karantinimizdir".



