Vətəninfo.az xəbər verir ki,Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilən zaman,bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti toplanmış materiallar əsasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi rüşvət alan zaman həbs etdikdən sonra,rüşvətxor Nizaməddin Quliyev özü həbsdə olmasına baxmayaraq oğlanları Ramal və Ramin Quliyevlərin əli ilə rayonda at oynatmağa çalışırlar.
Atalarının rüşvətxorluq əməlindən abırlarına qısılmaq yerinə,davamlı olaraq rayon İH-i ilə bağlı müxtəlif internet resurslarına bu və ya digər şəkildə olmazın məlumatlar yayılması istiqamətində dayanmadan "fəaliyyət"göstərməkdədirlər.
Ramal və Ramin Quliyevlərlə bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki,qardaşlar Ağıstafa rayon İH-nə gələrək İH-nin qonaq evində atalarına məxsuz olduğunu iddia etdikləri müəyyən əşyaları götürmək istədiklərini bildiriblər.RH-njn əməkdaşlarının iştirakı ilə ilkin olaraq bir-iki əşya onlara verilsə də,digərlərinin dövlət əmlakı olduğu və müvafiq qaydada invertarlaşdırıldığı bildirilir.
Amma onlar qonaq evindəki bütün əşyaların onlara məxsuz olduğunu zorla aparacaqlarını bildirirlər.Belə olduqda rüşvətxor Nizaməddin Quliyevin oğulları qonaq evindən uzaqlaşdırılırlar.
Rayon İH-dən istədiklərini ala bilməyən qardaşlar çıxış yolun rayonun yeni rəhbərliyini qaralamaq,haqqında müxtəlif yazılar yazdırmaqda görürlər.
Son günlər Ağıstafa rayonu və rayon İH-i ilə bağlı yayılan böhtan dolu xəbərlər məhz Ramal və Ramin Quliyevlərin qisasçılığının məhsullarıdır.



