Azərbaycan Respublikası Prezidenti İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik.
İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
***
Prezidentin digər sərəncamı ilə İlqar Abbasov Suraxanı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.
***
Prezident Şirvan İH-nin başçısı Mərdan Talıb oğlu Camalovu vəzifəsindən azad edib və onu Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
***
İlham Əliyevin daha bir sərəncamı ilə Lütfəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.



