Bu gün dünya ölkələrinin heyranlıqla tamaşa etdiyi,həmçinin təcrübələri digər dövlətlərdə uğurla tətbiq edilən Azərbaycan müasir,demokratik və hüquqi bir dövlətdir.Ölkəmizdə demokratiyanın inkişafı və insan hüquqlarının müdafiə olunması hökümətimizin əsas prioritetlərindən birinə çevrilmişdir.Azərbaycan 90-cı illərin astanasında olarkən,çətin və olduqca gərgin bir durumda fəaliyyət göstərən zəif bir ölkə idi.Ancaq bu gün qürur hissi ilə söyləmək olar ki,ölkəmiz qüdrətli bir dövlətə çevrilmiş və beynəlxalq müstəvidə də öz layiqli yerini tutmuşdur.Eyni zamanda Azərbaycan Cənubi Qafqaz regionunda yerləşməsinə baxmayaraq,digər inkişaf etmiş Avropa və Asiya qitələrində yerləşən ölkələr kimi modernləşən,humanist və müstəqil siyasət aparan bir ölkədir.Belə ki Azərbaycanda bütün fundamental azadlıqlar,o cümlədən mətbuat,söz,yığıncaq və dini azadlıqlar kimi bütün digər azadlıqlar tam şəkildə təmin edilir.Və artıq ölkəmiz dünyanın tanınmış multikultiralizm mərkəzlərindən biridir.Bu da məhz ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətidir. Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir.Bu gün Azərbaycanda yaşayan ermənilərdə bu ölkənin vətəndaşlarıdır.Eynilə bütün etnik qrupların və dinlərin nümayəndələri də Azərbaycan Respublikasında sülh və harmoniya şəraitində yaşayır.Bunun nəticəsi olaraq, 2016-cı il ölkəmizdə "Multikulturalizim" ili, 2017-ci ildə isə "İslam Həmrəyliyi" ili elan olunmuşdur.
İllər öncə öz məkirli siyasətini yüksək həddə çatdırmış erməni təcavüzkarları işğal altında olmuş ərazilərimizdə bütün məscidlərimizin dağıdılması kimi çox sayda vandalizm aktları törətmişdir.Buna baxmayaraq ölkəmizdə cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bütün dini abidələr bərpa edilib və yenidən tikilmişdir.Azərbaycanda Ulu Öndərin fəaliyyətə başladığı dövrdən bu günədək yüzlərlə məscid tikilmişdir.Və bununla yanaşı başqa dinlərə məxsus məbədlərdə tikilmişdir.Alban,Katolik,Provaslav kilsələrinin tikintisinin həyata keçirilməsi Azərbaycanın humanist missiyasının bariz nümunəsidir.Həm tariximiz,həm də xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət,Təzəpir,Əjdərbəy,Şamaxı Cümə məscidi və eləcədə digər rayonlarımızda yerləşən məscidlərdə yeniden qurulub,əsaslı təmir edilmişdir. Hətta 2014-cü ildə ölkəmizin ən böyük məscidi olan "Heydər məscidi" tikilmişdir ki, bu da müsəlman aləmində tanınan dini,tarixi-memarlıq abidələrindən biridir.Eyni ilə bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə xeyirxahlığın ali ünvanı olan Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələr həyata keçirilmişdir. Bütün bunlar Azərbaycanın sülhsevər,multikultural dəyərlərə malik və digər dövlətlərlə dostluq prinsipləri əsasında ünsiyyət quran bir dövlət olduğunun həqiqi göstəricisidir.Cənab İlham Əliyevin düzgün və uzaqgörən siyasətilə Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında "Dünya dini liderləri"forumu, dörd dəfə keçirilmiş "Mədəniyyətlərarası dialoq forumu", beş dəfə keçirilmiş "Bakı-Beynəlxalq humanitar" forumu və digər mühüm tədbirlər vardır.Azərbaycan hazırda dünyanın nüfuzlu təşkilatlarına üzv olan və aparıcı dövlətlərlə yüksək səviyyədə münasibət saxlayan ən etibarlı tərəfdaş ölkələr sırasındadır.İslam Əməkdaşlığı Təşkilatının da üzvü olan Azərbaycan Respublikası 2008-ci ildə BMT-nin də dəstəklədiyi Bakı prosesine start verdi.Bu prosesində məqsədli şəkildə düzgün siyasət ilə həyata keçirilməsi bu gündə müsəlman aləmi ilə Avropa arasındakı dialoqu,əməkdaşlağı və tərəfdaşlığı gücləndirməkdə davam edir.2017-ci ildə Azərbaycan 54 ölkəni təmsil edən,təxminən üç min idmançının iştirak etdiyi "Dördüncü İslam Həmrəyliyi Oyunlarına" ev sahibliyi etdi və bizim komandamız da məhz həmin yarışda birinci yerə layiq görüldü. Bu ölkəmizin həm xarici siyasətində qazandığı uğurlardan biri,həm də idman sahəsindəki nəaliyyətlərimizin biri idi.Sevindirici hal ondan ibarətdir ki,Azrərbaycan saysız-hesabsız uğurlara imza ataraq regionun ən güclü dövlətinə çevrilib.Bu onun nəticəsidir ki,müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin güclü,qətiyyətli iradəsi və diplomatik uğurları ölkəmizi xxı əsrdə beynəlxalq platformalarda aparıcı mövqelərdə diktə edən tərəfə çevirdi.Bu uğurlardan xüsusilə qeyd olunacaq məqamlardan biridə cənab Prezidentimizin üç il müddətində Qoşulmama Hərəkatına sədr seçilməsi idi ki,bu da Azərbaycanın güclü,siyasi bir liderinin olduğunun əyani sübutu olmuşdur.Birliyin,sülhün və həmrəyliyin daha da möhkəmlənməsi fonunda ölkəmiz çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edərək bütün dünyaya humanizm prinsipleri ilə yaşayan bir ölkə mesajını vermiş oldu.Ölkəmiz hər zaman dinlərin və mədəniyyətlərin qovuşmasında yerləşir,xarici dövlətlərlə ictimai-siyasi, mədəni və digər mühüm sahələrdə sıx əməkdaşlıq edir.Bu əməkdaşlığın dinlər və mədəniyyətlərarası platformaya töhfə verməsi və müsəlman ölkəsinin bu sahədəki fəaliyətinin böyük önəm daşıması yüksək qiymətləndirilir.Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə olmayıb.Odur ki,çoxkonfessiyalı və çoxmillətli Azərbaycan daim öz ənənələrinə sadiq ölkə olaraq dünya mədəniyyəti üçün nümunə olmuşdur.
Bu gün dünya azərbaycanlıları şərəf hissi ilə söyləyə bilir ki,Azərbaycan Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə bir tarixi ilkə imza atıb,Ermənistanı məğlub edərək uzun illərdir işğal altında olan torpaqlarımızı azad edən sarsılmaz və güclü bir dövlətdir.Ölkə Prezidentinin sözlərinə uyğun olaraq söyləyə bilərəm ki, yaxın gələcəkdə işğaldan azad olununan ərazilərimizdə yeni həyat qurulacaq və yeni dirçəliş olacaqdır.Tam əminliklə söyləmək olar ki,multikultural dəyərlərə sadiq olan Azərbaycan eyni zamanda həmin ərzilərimizdəki bütün tarixi abidələrimizi, mədəniyyət ocaqlarımızı siyahıya alıb,onların əvvəlki görüntüsünü bərpa edəcəkdir.Öz misilsiz xidmətləri ilə Prezident İlham Əliyev ölkəmizi uğurlu gələcəyə aparıb,dostluğun mökəmlənməsinə,insani dəyərlərə, sülh və əmin-amanlığa üstünlük verərək, dövlətimizin sülhsevər siyasətini bütün dünyaya göstərir.
Tural İsmayılov - YAP Yevlax rayon təşkilatının baş məsləhətçisi



