Müğənni Musa Musayevi tok vurub.
Bu haqda "5/5" verilişində aparıcı Zaur Kamal deyilib. Proqram əməkdaşları sənətçinin evinə yollanıb. İfaçının həyat yoldaşı Təranə Qumral məsələ ilə bağlı açıqlama verib:
"Qonaq gedirdik, işıqları söndürmək istədik. Həmin an şit partladı, o hissə yanıb. Vəziyyəti hələ tam yaxşı deyil. Zaur, tikanlarını saxla".
Zaurun "Musaya dəyən daş, Təranənin ayağına dəysin" sözlərinə Qumral "Təranənin ayağına dəyən daş Zaurun başına dəysin" cavabını verib.



