O, öz tvitter hesabında Azərbaycan Müdafiə Nazirliyinin Cəbrayıl rayonu istiqamətində məhv etdiyi Ermənistana məxsus "BZEZ” zərbə pilotsuz uçuş aparatının şəkillərini sosial şəbəkədə yayaraq belə şərh verib:
"Azərbaycan əsgərlərinin Cəbrayıl cəbhəsində vurduğu bombalı PUA! İçinə partlayıcı maddə yerləşdiriblər. Bunları ilk dəfə İŞİD-də görmüşdük. Sonra YPG/PKK-da! İndi də Ermənistan ordusunda. Şübhəm odur ki, bu istehsaldan PKK qoxusu gəlir. Onların mallarına çox bənzəyir”.



