Aktrisa Bleyk Layvli sentyabrın 30-da ikinci dəfə ana olmuşdu.
Vətəninfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hamiləlik dövründə tərzi ilə
"ən dəbli hamilə" adını alan Bleyk doğuşdan iki gün sonra toyda iştirak
edib.
O, yaxın rəfiqəsi və eyni zamanda köməkçisi olan Cessika Snayderin şad günündə onu tək buraxmayaraq mərasimə qatılıb.
Qərb
mediası doğuşdan iki gün sonra toyda rahat hərəkətlər edən və artıq
çəkisi gözə çarpmayan Layvlini "Möcüzə qadın" adlandırıb.
Qeyd edək ki, B.Layvli 2012-ci ildə Rayan Reynoldsa ərə gedib.



