Gəncə şəhərində 41 yaşlı kişi mübahisə zəminində bıçaq xəsarəti alıb.
"Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü N.Məmmədovla keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü T.Abdullayeva arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman qadın mətbəx bıçağı ilə N.Məmmədovun çənə nahiyəsinə kəsici xəsarət yetirib.
Xəstəxanaya müraciət edən N.Məmmədova tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.



