Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında ermənilərin uğursuz "feyk"ini üzə çıxarıb.
Vətəninfo.az xəbər verir ki, H.Hacıyev hesabında iki foto paylaşaraq bunları yazıb:
"Foto 1: Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi Ermənistan tərəfindən atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni "Smerç" raketinin mühərrik hissəsi keçir və yerə girir.
Şəkil 2: Uğursuz erməni feyki. Onlar hətta hörümçək torunu təmizləməyi belə, unudublar".



