Vətəninfo.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd İsmayılova yenidən vəzifə verib.Əhməd İsmayılov ləğv edilən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yerində yaradılan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icrası direktoru təyin edilib.
Bununla bağlı imzalanan sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin.



