Məşhur türkiyəli ilahiyyatçı Nihad Hatiboğlu ermənilərin qəzəbinə tuş gəlib.
Vətəninfo.az xəbər verir ki, İstanbuldakı Sultanahmet Meydanında canlı yayımlanan iftar proqramıda 13 yaşlı erməni uşağın islam dinini qəbul etməsi daşnakların qəzəbinə səbəb olub. "Daşnaksütyün” terror təşkilatı məşhur ilahiyyatçı üçün ölüm hökmü verib. Terrroçuların nümayəndəsi Vardan Dəmirçiyan ilahiyyatçını ölümlə hədələyib:”O türk ilahiyyatçı öldürülməlidir. Çünki o erməniləri sürətlə islamlaşdırır. Uşaqlarımız onun təsiri altına düşür və islamı qəbul edir. Bu yolverilməzdir” .
Uşaqın anası Alina Yengibaryan Erməni xəbər agentliyinə verdiyi bəyanatda övladının islam dinini qəbul etməsini təsdiq edib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin erməni üzvü Garo Paylan məşhur ilahiyyatçıdan məhkəməyə şikayət edib.



