Gözlər heç ağlamaz ürək yanmasa
Soyuq göz yaşımda donub qalmışam.
Könlüm qubar etməz alovlanmasa
Atəşin közündə mən qovrulmuşam.
Həsrətin yolunda çox dolaşmışam
Həsrətin yükünü daşımaq üçün.
Haqqımı nahaqla mən paylaşmışam,
Haqqımı zülümə anlatmaq üçün.
Çəkirəm bu yükü, həsrət mənimdir.
Yüküm göz yaşımdır, haqqım zülümdür
İnan, bağrım başı dilim-dilimdir,
Açıb, tez də solan ömrüm gülündür!



